Qrupda son pilləni tutan komanda mübarizəni dayandıracaq Qrupda son pilləni tutan komanda mübarizəni dayandıracaq
  • Fanat
  • 4 İyul 2019 17:13
  •  1 848

Azərbaycan klubu “Benfika” ilə eyni qrupda

Qrupda son pilləni tutan komanda mübarizəni dayandıracaq

Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında futzal üzrə Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb.

Püşkün nəticəsinə əsasən, mübarizəyə əsas mərhələdən başlayacaq turnirdəki təmsilçimiz “Araz” “Benfika” (Portuqaliya), “Halle Gooik” (Belçika) və “Xerson” (Ukrayna) komandaları ilə 2-ci qrupda mübarizə aparacaq.

Bu qrupun oyunları oktyabrın 8-dən 13-dək Belçikada keçiriləcək. Yalnız qrupda son pilləni tutan komanda mübarizəni dayandıracaq.

Qeyd edək ki, püşkatmanın səfiri Argentina millisinin sabiq üzvü Xavyer Saviola olub. Futbol ulduzunun seçilməsi təsadüfi deyildi. O, 2018-ci ildən Andorranın “Encamp” klubunda çıxış edir və çempion olub. Saviola yeni mövsümdə komandası ilə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq.(qafqazinfo.az)

AzNews.az