İyulun 7-də bitəcək yarışa 70 ölkədən 2577 idmançı qatılıb İyulun 7-də bitəcək yarışa 70 ölkədən 2577 idmançı qatılıb
  • Fanat
  • 6 İyul 2019 13:49
  •  1 804

Azərbaycan idmançıları Xorvatiyada daha 2 medal qazanıb

İyulun 7-də bitəcək yarışa 70 ölkədən 2577 idmançı qatılıb

Xorvatiyanın Umaq şəhərində Dünya Karate Federasiyasının (WKF) Kuboku uğrunda yarış davam edir.

Azərbaycan karateçiləri turnirdə daha iki medal qazanıblar.

Hümmət Baxşəliyev (67 kq) 21 yaşadək idmançılarım mübarizəsində bütün rəqiblərinə qalib gələrək, çempion tituluna yiyələnib. 14-15 yaşlı yeniyetmələr arasında isə Ramil Baxşəliyev (52 kq) bürünc medala yiyələnib.

Qeyd edək ki, yığmamızın heyətində daha öncə 21 yaşadək gənclərdən ibarət milli komandanın üzvləri Murad Hacızadə (+84 kq) qızıl, Fidan Teymurova (50 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, iyulun 7-də bitəcək yarışa 70 ölkədən 2577 idmançı qatılıb. (APA)