Trend-in məlumatına görə, finalda ABŞ futbolçuları hollandiyalı rəqiblərini 2:0 hesabı ilə məğlub ediblər Trend-in məlumatına görə, finalda ABŞ futbolçuları hollandiyalı rəqiblərini 2:0 hesabı ilə məğlub ediblər
  • Fanat
  • 7 İyul 2019 23:42
  •  1 395

Qadınlar arasında futbol üzrə dünya çempionatında ABŞ millisi qalib oldu

Trend-in məlumatına görə, finalda ABŞ futbolçuları hollandiyalı rəqiblərini 2:0 hesabı ilə məğlub ediblər

Finalda ABŞ futbolçuları hollandiyalı rəqiblərini 2:0 hesabı ilə məğlub ediblər.

Meqan Rapino və Rouz Levl ABŞ-ı çempion edən qollara imza atıblar.ABŞ yığması qadınlar arasında futbol üzrə dünya çempionatında qızıl medal qazanıb.

İsveç yığması isə turnirdə bürünc qazanıb.

Qeyd edək ki, Qadınlar arasında futbol üzrə dünya çempionatı dörd ildən bir keçirilir. Turnir iki dəfə Çin və ABŞ-da, habelə İsveç, Almaniya, Kanada və Fransada təşkil edilib. ABŞ komandası ən titullu yığma və hazırkı çempiondur, onun hesabında üç qələbə var. Almaniya futbolçuları iki dəfə, norveçli və yapon qadınlar isə hərəyə bir dəfə dünya birinciliyinin mükafatına sahib olublar. (Trend)