"Bu adam layiq olanı növbəyə durmadan almaq istəyir" "Bu adam layiq olanı növbəyə durmadan almaq istəyir"
  • Fanat
  • 8 İyul 2019 11:00
  •  2 296

Həbibin atası Neyt Dias ilə oğlunun qarşıdurmasına reaksiya verdi

"Bu adam layiq olanı növbəyə durmadan almaq istəyir"

Rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap oğlu ilə amerikalı Neyt Dias arasında qarşıdurma barədə danışıb.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı RİA "Novosti" agentliyi yayıb.

Los-Ancelesdə keçirilən UFC 239 turnirində döyüşçülər arasında münaqişə baş verib. Dias yerindən qalxıb və Həbibin oturduğu sektora yaxınlaşmağa çalışıb.

"Bu adam layiq olanı növbəyə durmadan almaq istəyir. Biz ondan və Anthony Pettisdən döyüşməyi xahiş etdik, ancaq razılaşmadılar. Amma UFC bu oğlana belə bir imkanı verə bilər", — deyə İnstagramda Abdulmanap Nurməhəmmədov yazıb.

Sosial şəbəkədə mütləq döyüş çempionatının (UFC) yarışında olmuş hadisənin videosu yayılıb. Bu haqda məlumatı “Matç" TV bildirir.

Kadrlarda görünür ki, Neyt Diasın komandası Həbib Nurməhəmmədovun komandasına yaxınlaşır.

Amerikalı rusiyalının yanından keçən zaman nəsə deyir, nəticədə dava başlayır.

Düzdür, tərəflər arasında kütləvi dava olmayıb, onları bir-birindən tez ayırıblar.

Nurməhəmmədov artıq Diasla bir dəfə dava edib. WSOF 22 yarışı zamanı 2015-ci ildə döyüşçülər kütləvi davanın təşkilatçısı olublar. O zaman amerikalı rusiyalı döyüşçüyə butulka atıb.

Babək Göyüş

AzNews.az

image description