İtaliyanın Napoli şəhərindəki XXX Yay Universiadasında Azərbaycan daha bir medal qazanıb İtaliyanın Napoli şəhərindəki XXX Yay Universiadasında Azərbaycan daha bir medal qazanıb
  • Fanat
  • 12 İyul 2019 21:54
  •  2 059

Azərbaycan gimnastı Universiadada gümüş medal qazanıb

İtaliyanın Napoli şəhərindəki XXX Yay Universiadasında Azərbaycan daha bir medal qazanıb

Bədii gimnastikanın fərdi yarışlarında Zöhrə Ağamirova çövnövçülük proqramında gümüş medala sahib olub.

4 hərəkətin cəmində 75,425 xal toplayan Ağamirova 32 iştirakçı arasında2-ci yeri tutub. Qızıl medala 83,600 xalla rusiyalı Yekaterina Seleznyova, bürünc medala isə 72,600 xalla ABŞ təmsilçisi Laura Yihan Zenq layiq görülüb.

Qeyd edək ki, hazırda Azərbaycan 2 qızıl, 2 gümüş, 2 bürünc medalla 17-ci pillədə qərarlaşıb. (Report)