Təmsilçimiz ilk turda polşalı Radoslav Voytaşeklə heç-heçə etmişdi Təmsilçimiz ilk turda polşalı Radoslav Voytaşeklə heç-heçə etmişdi
  • Fanat
  • 15 İyul 2019 00:42
  •  1 942

Teymur Rəcəbov Dortmund turnirində ilk qələbəsini qazandı

Təmsilçimiz ilk turda polşalı Radoslav Voytaşeklə heç-heçə etmişdi

Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə keçirilən “Sparkassen Chess-Meeting” beynəlxalq şahmat turnirinin ikinci turu başa çatıb.

Turnirdə ölkəmizi təmsil edən Teymur Rəcəbov ikinci turda almaniyalı şahmatçı Liviu Dieter Nisipeanunu məğlub edib. Şahmatçımız 1,5 xalla liderlər qrupuna daxil olub.

Qeyd edək ki, təmsilçimiz ilk turda polşalı Radoslav Voytaşeklə heç-heçə etmişdi.

Beynəlxalq turnirə iyulun 21-də yekun vurulacaq.