• Fanat
  • 22 İyul 2019 22:12
  •  4 607

Azərbaycanda daha bir futbol klubu dağıldı - Rəsmi

Azərbaycanda daha bir futbol klubu fəaliyyətini dayandırıb

Söhbət Bakının “Şüvəlan” klubundan gedir.

Ötən mövsümü birinci divizionda keçirən bakılılar mailiyyə problemi səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Məlumatı saytımıza açıqlamasında “Şüvəlan”ın icraçı direktoru Səyid Babayev də təsdiqləyib. O, futbolçulara azad agent statusu verildiyini bildirib. Klub rəsmisi bununla bağlı sabah bəyanat yayacaqlarını qeyd edib.