Cərimə xalları hesabına rəqibinə qalib gələn Məmmədov qızıl medal qazanıb Cərimə xalları hesabına rəqibinə qalib gələn Məmmədov qızıl medal qazanıb
  • Fanat
  • 26 İyul 2019 17:43
  •  1 230

EYOF: Azərbaycan cüdoçusu qızıl medal qazandı

Cərimə xalları hesabına rəqibinə qalib gələn Məmmədov qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Hüseyn Məmmədov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünə çıxıb.

90 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı həlledici dueldə rusiyalı Axmed Maqomadovla üz-üzə gəlib. Cərimə xalları hesabına rəqibinə qalib gələn Məmmədov qızıl medal qazanıb.

81 kq-dakı Məhərrəm İmamverdiyev isə bürünc medal əldə edib. O, üçüncü yer uğrunda dueldə israilli İftaç Badaşdan güclü olub.

Qeyd edək ki, Azərbaycan cüdoçuları əvvəlki iki gündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə ediblər. Beləliklə, çüdoçular fərdi mübarizədə EYOF-u 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurublar.

İyulun 27-də cüdo idman növündə komanda yarışları baş tutacaq.(report.az)

AzNews.az

image description