Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün növbəti yoxlama görüşündə qüvvəsini sınayıb Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün növbəti yoxlama görüşündə qüvvəsini sınayıb
  • Fanat
  • 29 İyul 2019 20:06
  •  2 097

"Sumqayıt" Super Liqa klubu ilə heç-heçə edib

Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün növbəti yoxlama görüşündə qüvvəsini sınayıb

Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv Super Liqaya vəsiqə qazanan "Gənclərbirliyi" ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Gənclik şəhəri" təmsilçisinin qolunu 46-cı dəqiqədə Amil Yunanov vurub.

Qeyd edək ki, "Sumqayıt" daha öncə Rumıniyanın "Petrolul" klubu ilə heç-heçə (2:2) edib. Komanda Türkmənistanın "Ahal" kollektivinə 1:0 hesabı ilə qalib gəlib və Türkiyənin "Diyarbekirspor" komandasına eyni hesabla uduzub. (Report)