Turnirdə 300-ə yaxın idmançı çıxış edib Turnirdə 300-ə yaxın idmançı çıxış edib
  • Fanat
  • 31 İyul 2019 21:30
  •  1 747

Akşin Hüseynovun rəhbərlik etdiyi “Qubadlı” idman klubunun növbəti uğuru

Turnirdə 300-ə yaxın idmançı çıxış edib

İyulun 28-də Gənclər və İdman Nazirliyinin dəstəyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Boks Arenasında budo döyüş növləri üzrə “Baku Open” beynəlxalq turnir keçirilib

Turnirdə Azərbaycan, Pakistan, Türkiyə, Əfqanistan, İran, Özbəkistan və Hindistandan olan 300-ə yaxın idmançı çıxış edib.

Yarışda qızlar və oğlanlar uşaqlar, yeniyetmələr, gənclər və böyüklər kateqoriyalarında mübarizə aparıblar. Turnir semi-kontakt, ful-kontakt, fri-kontakt, layt-kontak, sabaki-citsu, submission, B-1, F-1 və S-1 qaydaları üzrə keçirilib

Qubadlı idman klubunun prezidenti Akşin Hüseynovun mətbuata verdiyi məlumata əsasən "Qubadlı" idman klubun beş idmançı ilə turnirdə iştirak edərək növbəti uğurların əldə ediblər. Beş idmançı öz dərəcələrində hamısı birinci yerə layiq görülüb.

Məmmədzadə Mustafa Ramil oğlu: 8 yaş, 55 kq çəki dərəcəsində 1-ci yer

Şükürov Emil İlkin oğlu: 9 yaş, 45 kq çəki dərəcəsində 1-ci yer

Şirvanlı Rəsul İlqar oğlu 12 yaş, 45 kq çəki dərəcəsində 1-ci yer

Ağazadə Orxan Şamo oğlu 9 yaş, 25 kq çəki dərəcəsində 1-ci yer

Talıbov Əliağa Emin oğlu 9 yaş, 35 kq çəki dərəcəsində 1-ci yer

AzNews.az