“Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) - 0:2 “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) - 0:2
  • Fanat
  • 14 Avqust 2019 09:23
  •  3 132

Çempionlar Liqasında III təsnifat mərhələsi başa çatdı

“Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) - 0:2

Futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları keçirilib.

Cavab qarşılaşmaları çərçivəsində 10 matç baş tutub.

Bunlardan altısı Çempionlar yolu, dördü Liqa yoluna təsadüf edib. Qalib gələn 10 komanda yarışın pley-off mərhələsinə yüksəlib.

Azərbaycan çempionu “Qarabağ” da səfərdə 2:1 hesabı ilə qalib gəldiyi Kipr APOEL-inə evdə 0:2 hesabı ilə uduzduğundan qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb. Ağdam təmsilçisi mübarizəni Avropa Liqasında davam etdirəcək.

Qonşu Türkiyənin vitse-çempionu “Başakşəhər” isə Yunanıstan “Olimpiakos” ilə dueldən məğlub ayrılıb. İstanbullular hər iki matçda rəqiblərinə uduzublar.

Günün sensasiyasına gəldikdə, bu, Portuqaliyada baş verib. Səfərdə "Krasnodar"a 1:0 hesabı ilə qalib gələn "Portu" evdə 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 20-21-də və 27-28-də keçiriləcək. (APA)

Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunları
13 avqust
Çempionlar yolu

20:30. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) - 0:2
İlk oyun – 2:1
21:00. “Rusenborq” (Norveç) - “Maribor” (Sloveniya) - 3:1
İlk oyun – 3:1
22:00. "Ferensvaroş" (Macarstan) – “Dinamo” (Xorvatiya) - 4:0
İlk oyun - 1:1
22:00. “Kopenhagen” (Danimarka) – “Srvena Zvezda” (Serbiya) - 1:1, pen. 6:7
İlk oyun – 1:1
22:30. “Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan) - 3:2
İlk oyun - 2:2
22:45. "Seltik" (Şotlandiya) – ÇFR (Kluj, Rumıniya) - 3:4
İlk oyun - 1:1
Liqa yolu
21:30. “Dinamo” (Kiyev, Ukrayna) – “Brügge” (Belçika) - 3:3
İlk oyun - 0:1
22:30. “Olimpiakos” (Yunanıstan) – “Başakşəhər” (Türkiyə) - 2:0
İlk oyun - 1:0
22:30. LASK (Avstriya) – “Bazel” (İsveçrə) - 3:1
İlk oyun - 2:1
23:00. “Portu” (Portuqaliya) – “Krasnodar” (Rusiya) - 2:3
İlk oyun - 1:0