O, Münhen təmsilçisinin formasını geyinəcək O, Münhen təmsilçisinin formasını geyinəcək
  • Fanat
  • 17 Avqust 2019 09:50
  •  1 091

Filippe Koutinyo "Barselona"dan getdi

O, Münhen təmsilçisinin formasını geyinəcək

Almaniyanın "Bavariya" klubu İspaniya "Barselona"sının ulduz futbolçusu Filippe Koutinyonu icarəyə götürüb.

27 yaşlı yarımmüdafiəçi 2019/2010 mövsümünün sonuna kimi Münhen təmsilçisinin formasını geyinəcək.

Müqaviləyə əsasən, Almaniya nəhəngi növbəti mövsümdə braziliyalı oyunçunu heyətinə qatmaq hüququna malik olacaq.

Qeyd edək ki, Filippe Koutinyo 2018-ci ilin yanvarında İngiltərənin "Liverpul" klubundan "Barselona"ya keçib. Kataloniya təmsilçisi onun keçidi üçün 145 milyon avro ödəyib. Yarımmüdafiəçi komandanın heyətində 76 matçda meydanda olub. "Barselona" ilə 2023-cü ilin yayına kimi müqaviləsi olan oyunçu 21 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. (Report)