Kişi millimizi isə yalnız Nailxan Nəbiyev (-96 kq) təmsil edəcək Kişi millimizi isə yalnız Nailxan Nəbiyev (-96 kq) təmsil edəcək
  • Fanat
  • 10 Sentyabr 2019 13:47
  •  1 901

Dünya və Avropa çempionumuz dopinq qalmaqalından sonra ilk böyük turnirinə çıxır

Kişi millimizi isə yalnız Nailxan Nəbiyev (-96 kq) təmsil edəcək

18-27 sentyabr tarixlərində Tailandın Pattaya şəhərində ağır atletika üzrə kişilər arasında 85-ci, qadınlar arasında 28-ci dünya çempionatı keçiriləcək.

105 ölkədən 734 atletin (395 kişi və 339 qadın) iştirak edəcəyi yarış həm də 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnir olacaq.

Çempionatda Azərbaycan yığma komandasının üç üzvü də iştirak edəcək. Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında aşağıdakı körpücük üzərinə qadın millimizdən Səbinə Əzimova (-55 kq) və bolqarıstanlı legionerimiz Boyanka Kostova (-59 kq) çıxacaq. Kişi millimizi isə yalnız Nailxan Nəbiyev (-96 kq) təmsil edəcək.

Qeyd edək ki, dünya və üçqat Avropa çempionumuz Boyanka Kostova 2012-ci il Olimpiadasında dopinqdən istifadə etdiyi üçün cəzalandırılmışdı. Ötən ilin iyununda cəzasını başa vuran 26 yaşlı idmançı diskvalifikasiyadan sonra ilk böyük turnirinə məhz Tailandda start verəcək. (oxu.az)

AzNews.az