Vida oyunu oktyabrın 17-si baş tutacaq Vida oyunu oktyabrın 17-si baş tutacaq
  • Fanat
  • 12 Sentyabr 2019 20:37
  •  2 197

Ronaldinyo vida matçı keçirir

Vida oyunu oktyabrın 17-si baş tutacaq

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun vida oyunu keçiriləcək.

39 yaşlı yarımmüdafiəçi Kolumbiyanın "İndependiente Santa Fe" klubunda vida matçına çıxaraq, karyerasını başa vuracaq. Rəqib komanda və matça dəvət alacaq məşhur futbolçular barədə məlumat verilməyib.

Vida oyunu oktyabrın 17-si baş tutacaq. Biletlərin qiyməti 7-30 avro aralığında olacaq.

Qeyd edək ki, Ronaldinyo sonuncu dəfə 4 mövsüm əvvəl ölkəsinin "Fluminense" klubunda oynayıb.(qafqazinfo.az)

AzNews.az