Görüş Hüseynovun qələbəsi ilə yekunlaşıb - 7:0 Görüş Hüseynovun qələbəsi ilə yekunlaşıb - 7:0
  • Fanat
  • 14 Sentyabr 2019 10:48
  •  1 807

Azərbaycanın 3 güləşçisi dünya çempionatında 1/4 finala çıxdı - YENİLƏNİB

Görüş Hüseynovun qələbəsi ilə yekunlaşıb - 7:0

Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 1/8 final görüşünə çıxıb.

82 kq çəkidə yer alan pəhləvanın rəqibi ukraynalı Yuri Şkryuba olub.

Görüş Hüseynovun qələbəsi ilə yekunlaşıb - 7:0.

55 kq çəkidə yarışan dünya və Avropa çempionu Eldəniz Əzizli isə 1/8 finalda hindistanlı Manjet Manjeti üstələyib - 8:0.

10:20

Azərbaycan yunan-Roma güləşçisi Sənan Süleymanov Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 1/8 final görüşünə çıxıb.

72 kq çəkidə yer alan pəhləvanın rəqibi gürcüstanlı Yuri Lomadze olub.

Görüş Süleymanovun qələbəsi ilə yekunlaşıb - 9:5.

09:33

Azərbaycanın güləş millisi Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

72 kq çəkidə yer alan yunan-Roma güləşçisi Sənan Süleymanov təsnifat mərhələsində xorvatiyalı Dominik Etlingeri məğlub edib - 2:0. O,1/8 finalda gürcüstanlı Yuri Lomadze ilə üz-üzə gələcək.

82 kq çəkidə yarışan Rafiq Hüseynov isə moldovalı Mihail Bradunu 6:0 hesabı ilə üstələyib. Onun 1/8 finaldakı rəqibi ukraynalı Yuri Şkryuba olacaq. (Report)