• Fanat
  • 20 Sentyabr 17:08

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarına 4-cü lisenziyasını qazandı

Bunadək qadın güləşçi Mariya Stadnik, atletikanın çəkicatma növündə Anna Skidan və üzgüçü Maksim Şemberev Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarına dördüncü lisenziyasını qazanıb.

Buna Bakıda keçirilən dünya çempionatında Zöhra Ağamirova nail olub. O, çoxnövçülük üzrə fərdi yarışda 4 hərəkətin cəmində 78.725 xal toplayıb. Bu da 18 yaşlı idmançının lisenziya əldə etməsi üçün kifayət edib.

Qeyd edək ki, bunadək qadın güləşçi Mariya Stadnik, atletikanın çəkicatma növündə Anna Skidan və üzgüçü Maksim Şemberev Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Həmçinin paraüzgüçü Roman Saleh və parapauerliftinqçi Elşən Hüseynov Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib.

XXXII Yay Olimpiya Oyunları 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçiriləcək.

XVI Yay Paralimpiya Oyunları isə avqustun 25-dən sentyabrın 6-na qədər baş tutacaq. (Report)