Saat 18:30-da başlanacaq görüşün baş hakimi İnqilab Məmmədov olacaq Saat 18:30-da başlanacaq görüşün baş hakimi İnqilab Məmmədov olacaq
  • Fanat
  • 22 Sentyabr 2019 07:41
  •  1 673

Bu gün "Neftçi" və "Keşlə" arasında yubiley oyunu keçiriləcək

Saat 18:30-da başlanacaq görüşün baş hakimi İnqilab Məmmədov olacaq

Bu gün Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçiriləcək.

"Bakcell Arena"da "Neftçi" "Keşlə"ni sınağa çəkəcək. Saat 18:30-da başlanacaq görüşün baş hakimi İnqilab Məmmədov olacaq.

Dörd turdan sonra "Keşlə" 6 xalla 4-cü, "Neftçi" 4 xalla 6-cı pillədə qərarlaşıb. Meydan sahibləri qalib gəlsələr, 4-cü, qonaqlar qələbə qazansalar, 3-cü pilləyə yüksələcəklər.

Bu, iki komanda arasında Premyer Liqa tarixində yubiley - 60-cı oyun olacaq. Əvvəlki görüşlərin 31-də "Neftçi" qələbə qazanıb. Qalan 28 matçın yarısı heç-heçə, yarısı "Keşlə"nin qalibiyyəti ilə yekunlaşıb. Topların nisbətində də flaqman öndədir - 90:58.

“Neftçi” son 4 matçda qol buraxmadan qalib gəlib. “Keşlə” isə səfərdəki son 7 görüşdə xal qazanmayıb.

Turun ilk 2 oyununda "Sumqayıt" "Sabah"a 1:0 hesabı ilə qalib gəlib. "Səbail" - "Qəbələ" matçında isə bərabərlik qeydə alınıb - 1:1. Son oyun sentyabrın 23-də "Zirə" və "Qarabağ" arasında olacaq.

Azərbaycan Premyer Liqası, V tur

22 sentyabr (bazar)

18:30. “Neftçi” – “Keşlə”

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rəşad Əhmədov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

“Bakcell Arena” (report)

AzNews.az