38 yaşlı karateçi finalda Rumıniya təmsilçisini məğlubiyyətə uğradıb 38 yaşlı karateçi finalda Rumıniya təmsilçisini məğlubiyyətə uğradıb
  • Fanat
  • 14 Oktyabr 2019 20:07
  •  2 389

Karateçimiz dünya çempionatında qızıl medal qazandı - FOTOLAR

38 yaşlı karateçi finalda Rumıniya təmsilçisini məğlubiyyətə uğradıb

Azərbaycan karateçisi Rauf Abdullayev Çexiyanın Karlovı Vari şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

80 kq çəki dərəcəsində çıxış edən idmançı karatenin şotokan növündə mübarizə aparıb və bütün rəqiblərini üstələyib.

38 yaşlı karateçi finalda Rumıniya təmsilçisini məğlubiyyətə uğradıb.

"Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) mühafizə departamentinin idman təlimatçısı vəzifəsində çalışan Abdullayev bunları söyləyib: "Bu nailiyyəti bir dəmiryolçu kimi, oktyabrın 13-də qeyd etdiyimiz peşə bayramına həsr edirəm".

Qeyd edək ki, R.Abdullayev 2013-cü ildə Serbiyanın Novi Sad şəhərindəki mundialda da qızıl medal qazanıb.(report.az)

AzNews.az

image description image description