Makqreqor da rəqibinin adını açıqladı

Döyüş dekabrda olacaq

Keçmiş UFC çempionu Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb.

İrlandiyalı döyüşçü oktaqana qayıdışını elan edərək amerikalı Frenki Edqarla qarşılaşacağını deyib. Döyüş dekabrda olacaq. Edqar Konorla razılaşıb və hazırda döyüşün UFC prezidenti Dana Uaytla razılaşdırılması gözlənilir.

Xatırladaq ki, bir qədər əvvəl rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov oktaqana Toni Ferqyusonla çıxacağını açıqlamışdı.(qafqazinfo.az)

AzNews.az