Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb
  • Fanat
  • 18 Oktyabr 2019 22:30
  •  2 321

UEFA Rusiya və Kosovo komandalarını eyni qrupa salmayacaq

Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb

Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) Fövqəladə Komissiyası, Rusiya və Kosovo komandalarının birliyin himayəsi altında təşkil olunan turnirlərdə eyni qrupa salınmaması barədə qərar verib.

Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

“Rusiya və Kosovo klubları arasında oyunların keçirilməsi ilə bağlı bütün təhlükəsizlik risklərini nəzərə alaraq komissiya qərara gəlib ki, bu milli komandalar qeyri-müəyyən vaxta qədər UEFA yarışlarında eyni qrupda olmayacaq.

2021-ci ildə keçiriləcək qadınlararası Avropa çempionatının seçmə mərhələsinin oyunlarında Rusiya və Kosovo milli komandalarının qarşılaşması neytral meydanda baş tutacaq”.(report.az)

AzNews.az