Oğlum Konor ilə döyüşə bilər - Həbibin atası

O, bir dəfə yazmışdı: "Gəl, Moskvada rəqs edək"

UFC-nin yüngül çəkidə çempionu, rusiyalı idmançı Həbib Nurməhəmmədovun atası və baş məşqçisi Abdulmanap oğlunun rəqibinin adını açıqlayıb.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı “Sovetski sport” qəzeti yayıb.

Onun sözlərinə görə, Həbibin rəqibi amerikalı qarışıq üslublu döyüşçü (MMA) Toni Ferqyüson olacaq:

“Əgər duel Nyu-Yorkda "Madison-skver-Qarden"də keçirilməsə, Həbib iki divizionun eks-çempionu Konor Makqreqorla görüşəcək”.

"Mən istəyirəm ki, Həbib Ferqyüsonla döyüşsün. Amma Toni Moskvaya gəlməsə, problem yoxdur, Konor ilə mübarizə aparacaq. O, bir dəfə yazmışdı: "Gəl, Moskvada rəqs edək", — deyə UFC-nin hazırkı çempionunun atası bildirib.

Xatırladaq ki, Nurməhəmmədov 2018-ci ildə irlandiyalı ilə görüşüb. O, həmin görüşdə rəqibini məğlub edib. 2019-cu ildə də Həbib kəmərini yenidən qoruyub.

Dağıstanlı idmançı bu il sentyabrın 7-də Abu-Dabidə üçüncü raundda amerikalı Dastin Purye üzərində də qələbə qazanıb.

Babək Göyüş

AzNews.az