30 noyabr tarixində Rumıniyanın paytaxtı Buxarestdə püşkatma keçiriləcək 30 noyabr tarixində Rumıniyanın paytaxtı Buxarestdə püşkatma keçiriləcək
  • Fanat
  • 15 Noyabr 2019 12:55
  •  1 494

Türkiyə millisinin AVRO-2020-də mümkün rəqibləri kimdir?

30 noyabr tarixində Rumıniyanın paytaxtı Buxarestdə püşkatma keçiriləcək

Türkiyə Milli Futbol komandası İslandiya ilə 0-0 hesablı heç-heçədən sonra Avro 2020-nin final mərhələsinə vəsiqəni təmin edib.

Bu bərabərlik sayəsində xalları 20-ə çatan türklərin ən yaxın izləyici İslandiya ilə arsındakı xal sayı 4-ə qalxıb.

Lider Fransa ilə arasında iki xal fərqi olan Türkiyə millisi qrupu ilk pillədə də başa vura bilər.

Türkiyə millisinin AVRO-2020-nin final mərhələsindəki rəqibləri isə 30 noyabr tarixində Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək püşkatmada bəlli olacaq.

AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanan Belçika, İtaliya, İspaniya, Rusiya, Polşa, Fransa, Ukrayna və İngiltərə milli komandaları Türkiyənin mümkün rəqibləridir.

AzNews.az