"Mənə inam olmayan vəziyyətdə işləyə bilmərəm" "Mənə inam olmayan vəziyyətdə işləyə bilmərəm"
  • Fanat
  • 19 Noyabr 2019 22:14
  •  3 206

A seriyasının prezidenti istefa verdi

"Mənə inam olmayan vəziyyətdə işləyə bilmərəm"

İtaliya çempionatının A seriyasının prezidenti Qaetano Miççiçe istefa verib.

Buna “Cenoa” klubunun sahibi Enriko Pretsiozinin ittihamları səbəb olub.

O bildirib ki, Q.Miççiçe 2018-ci ilin martında bu posta əsasnaməni pozaraq yiyələnib. A seriyasının rəhbəri vəzifəsindən ayrılan funksioner inamsızlığa görə belə addım atdığını bəyan edib: “Postumu tərk edirəm. Mənə inam olmayan vəziyyətdə işləyə bilmərəm. Bu vəzifədə olduğum müddətdə İtaliya futbolunun həm idman, həm iqtisadi baxımdan daha yaxşı duruma yüksəlməsinə çalışmışam”.(apasport.az)

AzNews.az