Atletimiz yekun sıralamada beşinci pillədə qərarlaşıb Atletimiz yekun sıralamada beşinci pillədə qərarlaşıb
  • Fanat
  • 9 Dekabr 2019 23:09
  •  2 116

Rüstəm Qasımov Avropa üçüncüsü oldu

Atletimiz yekun sıralamada beşinci pillədə qərarlaşıb

Dekabrın 7-dən 14-dək İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasından bildiriblər ki, yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.

Rüstəm Qasımov birdən qaldırma hərəkətində 116 kiloqram nəticə ilə altıncı olsa da, təkanla qaldırma hərəkətində daha uğurlu çıxış edib. O, 144 kiloqramı ram edərək, bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib olub.

Atletimiz toplam 260 kiloqram (116+144) nəticə ilə yekun sıralamada beşinci pillədə qərarlaşıb.(AZƏRTAC)

AzNews.az