• Fanat
  • 9 Dekabr 2019 23:47

Azərbaycan idmançıları Moskvada dünya rekordunu qırdılar - FOTOLAR

Bu yarışda Razim Hüseynov 960 kq nəticə ilə dünya rekorduna imza atıb

Rusiyanın paytaxtı Moskva şəhərində WRP (World Raw Powerlifting) Federasiyasının keçirdiyi dünya çempionatı başa çatıb.

Pauerliftinq üzrə dünya çempionatında Azərbaycan “Powerlifting” idmançıları tam heyətlə iştirak ediblər.

Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev, vitse-prezident Rüfət Ağayev və baş məşqçi Azər Mustafayevin başçılığı ilə dünya çempionatına yollanan idmançılarımızın nəticələri ürəkaçan olub.

Belə ki, 75 kq çəki dərəcəsində çıxış edən Rövşən Xəlilov iki qızıl və bir gümüş medal qazanıb. O, üç hərəkətin cəmində 685,5 kq qaldıraraq, dünya çempionu olub. Həmçinin, iki hərəkətin cəmində də Xəlilov dünya çempionluğu qazanıb. Onun bu nəticələri dünya çempionatının ikinci ən yaxşı nəticəsi sayılıb və beləcə, ona daha bir gümüş medal verilib.

Bundan başqa, xanım idmançımız Ədilə Qurbanova, Elvin Müzəffərov (hər ikisi -67,5 kq), Ramil Əhmədov (-90 kq), Razim Hüseynov, Nicat Xosrovzadə (hər ikisi -125 kq) qızıl medal qazanıb.

Ramin Rzayev (-75 kq), Əli Əsgərov (-82 kq), Hafiz Verdiyev (-100 kq) və Aydın Hümbətov (-110 kq) gümüş medala yiyələnib.

Qeyd edək ki, bu yarışda Razim Hüseynov da 960 kq nəticə ilə dünya rekorduna imza atıb.(report.az)

AzNews.az

image description image description image description image description image description