CCTV-nin qərarının Məsut Özilin sosial şəbəkədə yazdığı fikirlərlə əlaqədar olduğu bildirilir CCTV-nin qərarının Məsut Özilin sosial şəbəkədə yazdığı fikirlərlə əlaqədar olduğu bildirilir
  • Fanat
  • 15 Dekabr 2019 16:23
  •  1 792

Çin telekanalı “Arsenal” - “Mançester Siti” matçını yayımlamayacaq, səbəbi...

CCTV-nin qərarının Məsut Özilin sosial şəbəkədə yazdığı fikirlərlə əlaqədar olduğu bildirilir

Çinin "CCTV" dövlət telekanalı İngiltərə Premyer Liqasında XVII turun bu gün keçiriləcək "Arsenal" - "Mançester Siti" matçının yayımını ləğv edib.

Telekanal bu görüşün əvəzinə "Vulverhempton" - "Tottenhem" oyununun video-yazısını nümayiş etdirəcək.

CCTV-nin qərarının "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özilin bu yaxınlarda sosial şəbəkədə yazdığı fikirlərlə əlaqədar olduğu bildirilir.

Türk əsilli futbolçu Çində uyğurların sıxışdırılmasını mühakimə edərək, müsəlmanları bu problemə susqun qalmaqda ittiham edib. Sonradan "Arsenal" klubu rəsmi açıqlama ilə Özilin şəxsi fikirlərini ifadə etdiyini vurğulayıb.

Qeyd edək ki, Çin hökuməti türkdilli xalq olan uyğurlara qarşı repressiya siyasəti aparmaqda, onların dini və mədəni hüquqlarını məhdudlaşdırmaqda günahlandırılır. Çinin Sintszyan-Uyğur muxtar bölgəsindən 10 milyonadək uyğur yaşayır.(report.az)

AzNews.az