“Sivasspor” klubu 37 xalla vahid liderdir “Sivasspor” klubu 37 xalla vahid liderdir
  • Fanat
  • 29 Dekabr 2019 23:23
  •  6 598

“Fənərbağça” səfərdə “Rizəspor”u məğlub etdi

“Sivasspor” klubu 37 xalla vahid liderdir

Dekabrın 29-da Türkiyə Superliqasının XVII turunun son oyunda “Fənərbağça” səfərdə “Rizəspor”un qonağı olub.

Oyun İstanbul təmsilçilərinin 1:2 hesablı qələbəsi ilə sona çatıb. Matçda qonaqların qollarını Dəniz Turuc və Jailson vurub. Meydan sahiblərindən isə Mohamed Aberhoun fərqlənib.

Günün digər qarşılaşmalarında isə lider “Sivasspor” doğma divarlar arasında “Göztəpə”ni minimal hesabla məğlub edib - 1:0. “Konyaspor” səfərdə “Alanyaspor”a 2:1 hesabı ilə uduzub. “Gaziantep” – “Yeni Malatyaspor” görüşündə isə qalib müəyyənləşməyib - 1:1.

Turun son oyunlarından sonra “Sivasspor” klubu 37 xalla vahid liderdir. “İstanbul Başakşəhər” 33 xalla ikinci, “Trabzonspor” isə 32 xalla üçüncüdür.

AzNews.az