Bunu bacaran ilk komanda Bunu bacaran ilk komanda
  • Fanat
  • 18 Fevral 2020 12:00
  •  4 131

"Liverpul” Çempionlar Liqasının qrupuna vəsiqə qazanıb

Bunu bacaran ilk komanda

“Liverpul” 2020-21 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparmaq hüququ qazanıb.

Məlumata görə, “qırmızılar” bunu bacaran ilk komanda olublar.

İngiltərə Premyer Liqasının dünən keçirilən XXVI tur matçında 4-cü pillədəki “Çelsi”nin “Mançester Yunayted”ə məğlubiyyəti (0:2) “Liverpul”un mövsümü ilk “dördlük”də bitirəcəyini dəqiqləşdirib. 4-cü və 5-ci pillələrdə qərarlaşan “Çelsi” və “Tottenhem” qalan bütün görüşlərdə qələbə qazansa belə, “Liverpul”a çata bilməyəcəklər.

Qeyd edək ki, “Liverpul” hazırda ən yaxın izləyicisi olan “Mançester Siti”dən 25 xal öndədir. (Apasport)

AzNews.az