Mübahisəli epizod zamanı baş hakim meydandakı topu əlinə götürməyəcək Mübahisəli epizod zamanı baş hakim meydandakı topu əlinə götürməyəcək
  • Fanat
  • 6 İyun 2020 10:43
  •  4 276

Hakimlər davaya müdaxilə etməyəcək

Mübahisəli epizod zamanı baş hakim meydandakı topu əlinə götürməyəcək

Bu gün Azərbaycan Premyer Liqası və ölkə kuboku ilə bağlı açıqlanan təlimatda hakimlərlə bağlı bəzi qadağalar göstərilib.

AzNews.az PFL-in saytına istinadən xəbər verir ki, mübahisəli epizod zamanı baş hakim meydandakı topu əlinə götürməyəcək.

Ona dördüncü hakimin yanında olan və dezinfeksiya edilmiş top veriləcək. Bu top 4-cü hakimin yanında saxlanılmalıdır.

Bundan əlavə, hakim mübahisəli vəziyyətlər zamanı oyunçular arasında iğtişaş yarandıqda onlara fiziki təmasla müdaxilə etməməli, kənardan durub müşahidə etməlidir.