Bu barədə təcrübəli qolkiperin özü açıqlama verib Bu barədə təcrübəli qolkiperin özü açıqlama verib
  • Fanat
  • 24 İyul 2020 19:28
  •  5 553

Dünya çempionatları tarixinin ən yaşlı qapıçısı karyerasını bitirdi

Bu barədə təcrübəli qolkiperin özü açıqlama verib

Misirli qapıçı Essam əl-Hadari 47 yaşında karyerasını başa vurub.

AzNews.az-ın məlumatına görə, bu barədə təcrübəli qolkiperin özü açıqlama verib.

O, futboldan gedişini ikinci həyat yoldaşından ayrılması kimi dəyərləndirib. Bir daha yaşıl meydanlara dönməyəcəyini deyən Əl-Hadarinin fikrincə, bütün futbol sistemi səhvlərlə doludur, klub rəhbərləri isə bir-birilərinə hücum edirlər: "Qoy oyunçulara Allahın özü kömək olsun. Futbol keçmişimə əvəz olunacaq bir şeyim yoxdur. Misirdə məndən yaxşı qapıçı yox idi. Yalnız Nader əl-Sayedin oynamağa başladığı 1998-ci ildən sonra ehtiyat oyunçular skamyasında oturdum".

Qeyd edək ki, təcrübəli qapıçının son klubu "Noqum" olub. Avropada isə o, 2008/2009 mövsümündə İsveçrə "Syon"unun formasını geyinib. Essam əl-Hadari 7 qat Misir çempionu, ölkə kubokunun 4 qat sahibi, Superkubokun və Afrika Çempionlar Liqasının qalibidir. O, Misir millisinin heyətində 4 dəfə Afrika Millətlər Kubokunu, "Syon"da isə İsveçrə Kubokunu əldə edib. Əl-Hadari 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatı zamanı Səudiyyə Ərəbistanı ilə görüşdə 45 yaş 161 günündə meydana çıxıb. 1:2 hesabı ilə uduzduqları qarşılaşmada penaltini dəf etmiş qapıçı mundiallar tarixinin ən yaşlı oyunçusu ünvanına sahib çıxıb.