"Mançester Yunayted" yarımfinalda

Avropa Liqasında

İngiltirə futbol klubu "Mançester Yunayted" Avropa Liqasının 1/4 final mərhələsində Danimarkanın "Kopenhagen" klubunu 1:0 hesabı ilə məğlub edib.

Məlumata görə, görüş Kölndə tamaşaçısız keçirilib.

Bruno Fernandeş 94-cü dəqiqədə penaltı nöqtəsindən zərbəni yerinə yetirib.

Qeyd edək ki, "Mançster Yunayted" bu mövsüm 21 penaltı vurub. Bu, Avropanın ilk 5 liqasında komandalar arasında ən yaxşı nəticədir.

AzNews.az