• Fanat
  • 18 Sentyabr 21:23

Qonsalo İquayn rəsmən ABŞ klubunda

Argentinalı hücumçu ABŞ-ın “İnter Mayami” klubuna transfer olunub

İtaliyanın “Yuventus” klubundan ayrılan Qonsalo İquaynın yeni klubu müəyyənləşib.

AzNews.az xəbər verir ki, argentinalı hücumçu ABŞ-ın “İnter Mayami” klubuna transfer olunub.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı argentinalı futbolçu ilə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, İquayn dünən “Yuventus”la müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv etmişdi. İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Devid Bekhemin sahibi olduğu “İnter Mayami” bu mövsüm ilk dəfə MLS-də mübarizə aparır.