Netanyahu: İranda məqsədlərimiz tam reallaşmayıb

İsrail İranla bağlı hədəflərinə hələ çatmadığını və buna ya razılaşma, ya da hərbi yolla nail olacağını bildirib.

Bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu xalqa müraciətində bildirib.

Netanyahu qeyd edib ki, atəşkəs kampaniyanın sonu deyil, yalnız mərhələdir və İsrail lazım gəldiyi anda hərbi əməliyyatlara qayıtmağa hazırdır.

O, ölkənin qarşısında hələ çox sayda məqsədin qaldığını vurğulayıb.

Baş nazir çıxışında İsrailin istənilən anda güc tətbiqinə hazır olduğunu bəyan edib.

AzNews.az