• Fanat
  • 25 Sentyabr 22:19

"Atletiko" Luis Suareslə müqavilə bağladı

33 yaşlı forvard qarşıdakı 2 mövsümü "Atletiko"da keçirəcək

İspaniyanın "Barselona" komandasından ayrılan Luis Suaresin La Liqanın digər təmsilçisi "Atletiko"ya keçidi rəsmiləşib.

AzNews.az Madrid klubunun saytına istinadən xəbər verir ki, bu gün tibbi müayinədən keçən uruqvaylı futbolçu ilə müqavilə imzalanıb.

33 yaşlı forvard qarşıdakı 2 mövsümü "Atletiko"da keçirəcək.

Qeyd edək ki, Suares 2014-cü ildən "Barselona"da çıxış edirdi. O, ötən mövsüm meydana çıxdığı 36 oyunda 21 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.