“ASCO Arena”da oynanılan görüşdə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib “ASCO Arena”da oynanılan görüşdə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib
  • Fanat
  • 26 Sentyabr 2020 21:24
  •  5 998

“Səbail” “Sabah”ı məğlub etdi

“ASCO Arena”da oynanılan görüşdə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib

Sentyabrın 26-da futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun növbəti oyunu keçirilib.

AzNews.az xəbər verir ki, ikinci oyun gününün birinci qarşılaşmasında "Səbail" klubu "Sabah" komandasını qəbul edib.

“ASCO Arena”da oynanılan görüşdə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.

Bu qələbə sayəsində xalını 3-ə çatdıran "Səbail" son pillədən qurtulub və 7-ci yerə yüksəlib. 6 xala malik "Sabah" isə 2-cidir.