- Fanat
- 27 Noyabr 2020 16:00
- 4 006
ÇL-də həftənin ən yaxşısı açıqlanıb
32 yaşlı serbiyalı forvard azarkeşlər arasında aparılan səsvermənin qalibi olub
UEFA Çempionlar Liqasında həftənin oyunçusunu müəyyənləşdirib.
Qrup mərhələsinin IV turunda baş tutan matçlardan sonra ən yaxşı adına Niderlandın “Ayaks” klubunun hücumçusu Duşan Tadiç layiq görülüb.
32 yaşlı serbiyalı forvard azarkeşlər arasında aparılan səsvermənin qalibi olub. O, bu yer uğrunda mübarizədə Ceydon Sanço (“Borussiya” Dortmund), Bruno Fernandeş (“Mançester Yunayted”) və Robin Qosensi (“Atalanta”) qabaqlayıb.
Qeyd edək ki, Duşan Tadiç “Ayaks”ın Danimarka təmsilçisi “Midtülland” üzərində 3:1 hesablı qələbə qazandığı matçda 2 məhsuldar ötürmə verib. (Apasport)
AzNews.az