• Fanat
  • 29 Noyabr 2020 14:05
  •  277

Taysonla Consun görüşü heç-heçə ilə başa çatdı

Hər biri 2 dəqiqədən ibarət 8 raundluq qarşılaşma heç-heçə ilə yekunlaşıb

Dünya boksunun əfsanələri - Mayk Taysonla Roy Cons arasında nümunəvi xarakterli döyüş olub.

AzNews.az “TASS”a istinadən bildirir ki, keçmiş mütləq dünya çempionlarının döyüşü Los-Ancelesdə “Staples Center” arenasında baş tutub. Hər biri 2 dəqiqədən ibarət 8 raundluq qarşılaşma heç-heçə ilə yekunlaşıb.

Tayson döyüşdən 10 milyon dollar, Cons isə 3 milyon dollar qazanacaq. İdmançılar, həmçinin ödənişli yayımların satışından faiz alacaq.

Qeyd edək ki, Taysonun 54, Consun 51 yaşı var. Birincisi 2005-ci, ikincisi isə 2018-ci ildən sonra ilk dəfə rinqə çıxıb.