Kuman oyunçulara istirahət verməli olduğunu düşünərək bu addımı atıb Kuman oyunçulara istirahət verməli olduğunu düşünərək bu addımı atıb
  • Fanat
  • 1 Dekabr 2020 16:30
  •  3 453

Messi növbəti Çempionlar Liqası oyununu da buraxacaq

Kuman oyunçulara istirahət verməli olduğunu düşünərək bu addımı atıb

İspaniya "Barselona"sı UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunda səfərdə Macarıstanın "Ferentsvaroş" komandası ilə matçda bir neçə futbolçusunun xidmətindən yararlanmayacaq.

AzNews.az "Report"a istinadən xəbər verir ki, baş məşqçi Ronald Kuman qapıçı Mark-Andre ter Ştegen, yarımmüdafiəçi Filippe Koutinyo və kapitan Lionel Messini Budapeştə aparmayacaq. Kuman oyunçulara istirahət verməli olduğunu düşünərək bu addımı atıb.

Qeyd edək ki, dekabrın 2-də keçiriləcək "Ferentsvaroş" - "Barselona" qarşılaşması Bakı vaxtı ilə saat 24:00-da başlayacaq. Lionel Messi Ukraynada Kiyev "Dinamo"sunu 4:0 hesabı ilə məğlub etdikləri IV tur matçını da buraxmışdı.