4 futbolçusu sarı vərəqə aldığı üçün 4 futbolçusu sarı vərəqə aldığı üçün
  • Fanat
  • 11 Dekabr 2020 13:00
  •  3 385

AFFA "Qarabağ"ı cərimələdi

4 futbolçusu sarı vərəqə aldığı üçün

AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 240 manat məbləğində cərimələyib.

AzNews.az xəbər verir ki, məlumatına görə, buna Ağdam təmsilçisinin əvəzedici komandasının I Divizionun IX turunda "Keşlə-2" ilə görüşdə bəzi qayda qozuntularına yol verməsidir.

4 futbolçusu sarı vərəqə aldığı üçün kluba 80 manat cərimə kəsilib. Eyni məbləğdə cərimə görüşdə topdaşıyan və xərəkdaşıyan şəxslərin say tərkibinin pozulması, həmçinin diktorun oyunda iştirak etməməsi səbəbindən tətbiq olunub.

Xərəkdaşıyan şəxslərin say tərkibi MOİK – “Sumqayıt-2” matçında da pozulub. Bu səbəbdən meydan sahibləri 80 manat ziyana düşüb.