Lüis Hemilton 2013-cü ildən "Mercedes" komandasında çıxış edir Lüis Hemilton 2013-cü ildən "Mercedes" komandasında çıxış edir
  • Fanat
  • 21 Dekabr 2020 21:23
  •  4 891

Hemiltonun yeni müqaviləsinin dəyəri məlum oldu

Lüis Hemilton 2013-cü ildən "Mercedes" komandasında çıxış edir

"Formula 1" üzrə yeddiqat dünya çempionu Lüis Hemilton "Mercedes" komandası ilə əməkdaşlığı davam etdirəcək.

AzNews.az "Evening Standard" nəşrinə istinadən xəbər verir ki, britaniyalı pilot Almaniya komandası ilə yeni müqavilə imzalamağa yaxındır.

İddiaya görə, hazırda anlaşmanın son detalları müzakirə olunur. 3 illik sözləşmənin dəyəri 53 milyon ABŞ dolları olacaq.

Qeyd edək ki, Lüis Hemilton 2013-cü ildən "Mercedes" komandasında çıxış edir.