Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb
  • Fanat
  • 29 Dekabr 2020 23:57
  •  4 583

Dieqo Kosta “Atletiko”dan ayrıldı

Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb

“Atletiko”nun hücumçusu Dieqo Kosta Madrid təmsilçisindən ayrılıb.

AzNews.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə 32 yaşlı futbolçunun tələbi nəticəsində tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Razılığa əsasən, Kosta “Atletiko”nun La Liqa və ya UEFA Çempionlar Liqasındakı rəqiblərindən biri ilə anlaşsa, kluba 15 milyon avro təzminat ödəməli olacaq.

Xatırladaq ki, “Atletiko” Diego Kostanı 2017/18 mövsümünün əvvəlində “Çelsi”dən transfer etmişdi.