Digər matçda isə “Selta” öz meydanında “Ueska”nı eyni hesabla üstələyib Digər matçda isə “Selta” öz meydanında “Ueska”nı eyni hesabla üstələyib
  • Fanat
  • 31 Dekabr 2020 09:27
  •  5 099

“Atletiko” vahid lider oldu

Digər matçda isə “Selta” öz meydanında “Ueska”nı eyni hesabla üstələyib

İspaniya La Liqasında XVI turun növbəti oyunları keçirilib.

AzNews.az xəbər verir ki, turnir cədvəlinin lideri Madridin “Atletiko” klubu öz meydanında “Xetafe”ni qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Luis Suarez vurub.

Bu qələbədən sonra xallarının sayını 35-ə çatdıran “Atletiko” turnir cədvəlinin vahid liderinə çevrilib.

Günün açılış matçında “Valensiya” səfərdə “Qranada”ya 1:2 hesabı ilə məğlub olub.

Digər matçda isə “Selta” öz meydanında “Ueska”nı eyni hesabla üstələyib.