• Fanat
  • 12 Yanvar 12:24
  •  2 416

"Formula 1"in təqvimi dəyişdi

Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşəcək

"Formula 1" üzrə dünya çempionatının təqvimində dəyişiklik olub.

AzNews.az yarışın rəsmi tvitter hesabına istinadən xəbər verir ki, mövsüm 26 - 28 martda Bəhreyn Qran-prisi ilə start götürəcək.

19 - 21 martda keçirilməli olan Avstraliyadakı yarış 19 - 21 noyabrda gerçəkləşəcək. Yeni təqvimə əsasən 16 - 18 apreldə İtaliyada İmola Qran-prisi olacaq.

Əvvəlki təqvimə görə 9 - 11 apreldə Çində yarış keçirilməli idi. "Formula 1" rəhbərliyi Çin Qran-prisinin təşkilatçıları ilə müzakirələri davam etdirir.

Bundan əlavə Braziliya, Səudiyyə Ərəbistanı və Abu Dabidaki yarışların tarixləri dəyişib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşəcək.