• Fanat
  • 12 Yanvar 19:58
  •  2 404

21-ci əsrin ən çox qol vuran futbolçuları

Kristiano Ronaldo 462 qolla birinci olub

21-ci əsrdə yerli çempionatlarda ən çox qol vuran futbolçular müəyyənləşib.

AzNews.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) araşdırmasında 2001-ci ildən 2020-ci ilə qədər vurulan qollar nəzərə alınıb.

İtaliyanın "Yuventus" klubunun hücumçusu Kristiano Ronaldo 462 qolla birinci olub. İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messi 451 qolla ikinci, İtaliyanın "Milan" klubunun təcrübəli forvardı Zlatan İbrahimoviç isə 379 qolla üçüncü pillədə qərarlaşıb. 40 yaşlı oyunçu 20-ci əsrdə də oynayıb, amma cəmi 13 dəfə fərqlənə bilib.

Hazırda İspaniyanın "Atletiko" klubunda çıxış edən Luis Suares (332) dördüncü, Almaniya "Bavariya"sından Robert Levandovski (285) isə beşinci sıradadır.