Özil Türkiyəyə yollanaraq keçidini rəsmiləşdirəcək Özil Türkiyəyə yollanaraq keçidini rəsmiləşdirəcək
  • Fanat
  • 16 Yanvar 2021 20:46
  •  5 526

Mesut Özil "Arsenal"la anlaşdı - komandadan getmək üçün!

Özil Türkiyəyə yollanaraq keçidini rəsmiləşdirəcək

Almaniya millisinin sabiq futbolçusu Məsut Özil və İngiltərənin “Arsenal” klubu müqaviləyə xitam verilməsi barədə prinsipial anlaşma əldə edib.

AzNews.az-ın Apasport.az-a istinadən məlumatına görə, danışıqlarda gözlənilməz problem yaranmasa, 32 yaşlı türk yarımmüdafiəçi yaxın günlərdə “Fənərbaxça” ilə müqavilə imzalayacaq.

Özil Türkiyəyə yollanaraq keçidini rəsmiləşdirəcək. O, İstanbul klubuna azad agent kimi keçəcək.

Qeyd edək ki, Məsut cari mövsüm “Arsenal”ın iştirak ərizəsinə daxil olunmayıb.