İstanbul derbisi "Beşiktaş"ın inamlı qələbəsi ilə yekunlaşıb İstanbul derbisi "Beşiktaş"ın inamlı qələbəsi ilə yekunlaşıb
  • Fanat
  • 17 Yanvar 2021 23:05
  •  7 768

“Beşiktaş” “Qalatasaray”ı məğlub etdi

İstanbul derbisi "Beşiktaş"ın inamlı qələbəsi ilə yekunlaşıb

Türkiyə Super Liqasında 19-cu turun mərkəzi görüşü "Beşiktaş" və "Qalatasaray" komandaları arasında keçirilib.

AzNews.az xəbər verir ki, İstanbul derbisi "Beşiktaş"ın inamlı qələbəsi ilə yekunlaşıb - 2:0.

Qolları 79-cu dəqiqədə Xosef Souza, 90+1-ci dəqiqədə Jorj-Kevin Nkudu vurub.

Bununla da "Beşiktaş" xallarını 38-ə çatdıraraq turnir cədvəlinin vahid lideri olub. "Qalatasaray" isə 33 xalla 4-cü pillədə qərarlaşıb.