• Fanat
  • 25 Yanvar 11:17
  •  4 586

Əhali arasında populyar idman növləri açıqlanıb

İdmançılarımız rəsmi beynəlxalq yarışlarda 60 qızıl medal əldə edib

Koronavirus pandemiyası bütün sahələrə olduğu kimi idmana da mənfi təsir göstərib.

AzNews.az xəbər verir ki, ilkin məlumatlara görə, 2021-ci ilin əvvəlinə Azərbaycanda idman qurğularının sayı 11,6 mini keçib. Əhali arasında futbol, voleybol, şahmat, atletika, dama, basketbol, sərbəst güləş, stolüstü tennis, karate, taekvondo və cüdo kimi idman növlərinə daha çox maraq göstərilir.

Ötən il ərzində yığma komandalarımızın idmançıları Macarıstanın Budapeşt şəhərində yeniyetmə və gənclər arasında keçirilən karate üzrə Avropa çempionatında 4 qızıl, 1 gümüş və 3 bürünc medal, İtaliyanın Roma şəhərində keçirilən güləş üzrə Avropa çempionatında 2 qızıl, 2 gümüş və 9 bürünc medal, İspaniyanın Fuenxirola şəhərində keçirilən cüdo üzrə Avropa kuboku yarışlarında 2 qızıl, 4 gümüş və 3 bürünc medal qazanmış, digər beynəlxalq yarışlarda da yüksək nailiyyətlər göstəriblər.

İdmançılarımız tərəfindən olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda 60 qızıl, 46 gümüş və 86 bürünc olmaqla, ümumilikdə 192 medal əldə edib.