- Fanat
- 26 Yanvar 2021 15:35
- 7 333
Futbolçunun meyiti yandırılmış formada tapılıb - FOTO
Meyit yük avtomobilində aşkarlanıb
Meksikanın "Xuventud Komiteka" klubunun futbolçusu qvatemalalı Marvin Alberto Tomas öldürülüb.
Klubun rəsmi saytının yazdığına görə, 22 yaşlı oyunçu Meksikanın Tamaulipas əyalətində yandırılan 19 şəxsdən biridir.
Onların yanmış meyiti yük maşınında tapılıb.
Cəsədləri aşkarlanan şəxslər iki cinayətkar dəstə arasındakı qarşıdurmanın qurbanlarıdır. Prokurorlar hadisə ilə bağlı araşdırma aparır. Nuevo-Leonla ştatının sərhədindəki hadisə səbəbindən səlahiyyətli qurumlar xəbərdar edilib. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə vaxtında çata bilməyib. ("Report")
AzNews.az