"ASCO Arena"dakı qarşılaşmanı FIFA referisi Elçin Məsiyev idarə edəcək "ASCO Arena"dakı qarşılaşmanı FIFA referisi Elçin Məsiyev idarə edəcək
  • Fanat
  • 3 Aprel 2021 09:24
  •  7 419

Azərbaycan Premyer Liqasında XXI tur başlayır

"ASCO Arena"dakı qarşılaşmanı FIFA referisi Elçin Məsiyev idarə edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilcək.

İlk oyun günündə bir qarşılaşma keçiriləcək.

30 xalla üçüncü pillədə qərarlaşan "Zirə" 18 xalla 6-cı yeri tutan "Səbail"in qonağı olacaq. "Qartallar"ın heyətində 3 futbolçu - Riçard Almeyda, Fakundo Melivilo və Vüsal Əliyev koronavirusa yoluxduqları üçün matçı buraxacaqlar.

"ASCO Arena"dakı qarşılaşmanı FIFA referisi Elçin Məsiyev idarə edəcək. Komandalar indiyədək Premyer Liqada 13 dəfə üz-üzə gəlib. Bunların 3-də meydan sahibləri, 7-də qonaqlar qələbə qazanıb. Topların fərqində də "Zirə"nin üstünlüyü var - 17:8.

“Zirə” son 4 çempionat oyununda rəqibinə uduzmayıb. Meydan sahibləri evdəki son 3 matçda qol vurmağı bacarıb.

Azərbaycan Premyer Liqası, XXI tur

3 aprel (şənbə)

17:30. “Səbail” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Müslüm Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASCO Arena”

Qeyd edək ki, XXI turun "Neftçi" - "Sumqayıt", "Sabah" - "Qəbələ" və "Keşlə" - Qarabağ" matçları aprelin 4-də olacaq.