- Fanat
- 22 Aprel 2021 14:24
- 5 242
Benzema tarixə düşdü

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldunun rekordunu qırıb
33 yaşlı hücumçu buna La Liqanın XXXI turunda "Kadis"i 3:1 hesabı ilə məğlub etdikləri matçda nail olub.
Görüşdə dubl edən fransalı forvard ikinci qolda Alvaro Odriosolaya məhsuldar ötürmə verib. Beləliklə, Benzema La Liqadakı məhsuldar ötürmə sayını 88-ə çatdırıb və keçmiş komanda yoldaşı Ronaldunu (87 məhsuldar ötürmə) geridə qayub.
Bu, həmçinin Madrid klubunun XXI əsrdəki ən yaxşı göstəricisidir.
Qeyd edək ki, Kərim Benzema "Real Madrid"in formasını 2009-cu ildən geyinir.(report)